Surah Al-Fatiha Translate in Azerbaijani

Mərhəmətli, rəhmli Allahın adı ilə!
Həmd (şükür və tə’rif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə
(Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq mö’minlərə) rəhmli olana
Haqq-Hesab (qiyamət) gününün sahibinə!
Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
Bizi doğru (düz) yola yönəlt!
Ne’mət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!