Surah Al-Muzzammil Translate in Azerbaijani

Ey (libasına) örtünüb bürünən (əbasına bürünüb yatan Peyğəmbər)!
Gecəni – az bir hissəsi istisna olmaqla – qalxıb namaz qıl!
(Gecənin) yarısına qədər, yaxud bir qədər ondan az;
Və ya bir qədər ondan çox! (Sənin gecəni oyaq qalıb namaz qılmağın onun üçdə bir hissəsindən az, üçdə ikisindən çox olmasın!) Həm də (gecə ibadət etdiyin zaman) aramla (ağır-ağır) Qur’an oxu!
Həqiqətən, Biz sənə (məs’uliyyəti) ağır bir kəlam (Qur’an) vəhy edəcəyik.
Şübhəsiz ki, gecə (namaz qılmaq üçün) qalxmaq (çox çətin olsa da) daha əlverişli və (o zaman) söz demək (Qur’an oxumaq, dua etmək) daha münasibdir!
Çünki gündüz (ya Peyğəmbər!) sənin uzun-uzadı davam edən (dünyəvi) işlərin vardır. (Gündüz insanın işi çox olur, məişət işləri hardasa onu ibadətdən bir qədər yayındırır. Gecə isə insan rahatlaşır, heç kəs ona mane olmur. İnsan öz daxilinə qapılıb Rəbbi ilə tək qalır, qulaq qəlbə daha yaxın olur. Buna görə də gecə ibadət etmək çətin olsa da, daha məqsədəuyğundur).
Rəbbinin adını zikr et və (hər şeyi buraxıb) Ona tərəf yönəl.
O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa heç bir tanrı yoxdur. (Özünə) ancaq Onu vəkil et!
(Ya Peyğəmbər!) Onların (Məkkə müşriklərinin) sənə deyəcəklərinə (batil söz və iftiralarına) səbr et. Onlardan gözəl tərzdə ayrıl!
Load More