Surah Al-Qaria Translate in Azerbaijani

Ürəkləri dəhşətə salan qiyamət!
Nədir qiyamət?!
Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?!
O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə qatışacaq);
Dağlar isə didilmiş yun kimi olacaqdır!
(O gün) tərəzisi ağır gələn (yaxşı əmələri pis əməllərdən çox olan) kimsə
(Cənnətdə) xoş güzəran içində olacaq!
Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə
Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır!
Sən nə bilirsən ki, o (Haviyə) nədir?!
Load More