Surah Nooh Translate in Azerbaijani

Həqiqətən, Biz Nuhu: “Qövmünə şiddətli bir əzab gəlməmişdən əvəl onları (Allahın əzabı ilə) qorxut!” – deyə öz tayfasına peyğəmbər göndərdik.
O dedi: “Ey qövmüm! Həqiqətən, mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!
Allaha ibadət edin, Ondan qorxun və mənə də itaət edin!
(Əgər belə etsəniz) O sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər (cəzanızı dünyada verməyib axirətə saxlayar). Allahın (əzəldən lövhi-məhfuzda) müəyyən etdiyi əcəl (ölüm) gəlib çatdıqda isə, o əsla tə’xirə salınmaz. Kaş biləydiniz!”
O dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (imana, haqq yola) də’vət etdim!
Lakin də’vətim onların (imandan) qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı.
Sənin onları bağışlamağın üçün mən nə zaman onları (imana) də’vət etdimsə, onlar (də’vətimi eşitməsinlər deyə) barmaqlarını qularlarına tıxadılar, (məni görməsinlər deyə) libaslarına büründülər, (küfrlərində) israr edib durdular və təkəbbür göstərdilər.
Sonra mən onları uca səslə (açıq-açığına haqqa) də’vət etdim.
Daha sonra onlara (iman gətirmək lazım olduğunu) aşkar söylədim və gizli bildirdim”.
Və dedim: “(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağışlayandır!
Load More