Surah Al-Adiyat Translate in Azerbaijani

And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara;
And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara;
And olsun sübh çağı hücum edən atlara;
And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara;
Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki
İnsan öz Rəbbinə qarşı çox nankordur.
Və o özü də buna şahiddir.
Həqiqətən, insan var-dövlətə çox hərisdir!
Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı;
Ürəklərdə olanlar faş ediləcəyi zaman
Load More