Surah Al-Humaza Translate in Azerbaijani

(Dalda) qeybət edib (üzdə) tə’nə vuran hər kəsin vay halına!
O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).
Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.
Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!
Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!
O, Allahın yanar odudur.
Elə bir od ki, ürəkləri yandırıb-yaxar.
O, belələrinin (qeybətçilərin və tə’nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir.
Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!